Çində yeni Covıd-19 xəstələri qeydə alındıbackend

Çində yeni Covıd-19 xəstələri qeydə alındı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin Fucian əyalətində 6 koronavirusa yoluxma hadisəsi və 18 asimptomatik daşıyıcı müəyyən edilib.

Yenisabah.az Sinxua agentliyinə istinadla xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Əyalətdə koronavirusun çox yoluxucu “Delta” ştamı qeydə alınıb.

Bundan sonra yerli sakinlərdən 81.938 test nümunəsi götürülüb.

Xatırladaq ki, hazırda dünyada 223 milyondan çox Covıd-19 xəstəsi var.

Virusla bağlı ən çətin vəziyyət ABŞ, Hindistan və Braziliyadadır.