Çindən sonra Hindistan da sanksiyalara məruz qalan Rusiya nefti olan tankerləri qəbul etməkdən imtina edib.
İnterpress.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyinə yüksək rütbəli Hindistan rəsmisi məlumat verib.
Hindistan Rusiya neftinin daşınmasına görə ABŞ-nin yeni sanksiyalarına məruz qalan tankerləri öz limanlarına buraxmayacaq.
O əlavə edib ki, Hindistan bankları indi neftin sanksiyalar altında olmayan tədarükçülərdən gəlməsini təmin etmək üçün onun mənşə sertifikatlarını tələb edəcək.
Mənbələr bildiriblər ki, neft emalı zavodları həmçinin Yaxın Şərq təchizatçıları ilə uzunmüddətli sövdələşmələrin mümkünlüyünü müzakirə edirlər.
Bu qərar Vaşinqtonun yanvarın 10-da Rusiyanın kölgə donanmasına qarşı sanksiyalar tətbiq etməsindən sonra verilib.
Pekin daha əvvəl də oxşar qərar qəbul edərək, Çinin şərq sularında 2 milyon bareldən çox neft daşıyan üç sanksiyaya məruz qalmış gəmini boş qoymuşdu.
Xuraman Etibarlı
İnterpress.az