Rusiyanın Samara vilayətinin Klyavlino şəhərində silsilə absurd hadisələr baş verib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV nəlumat yayıb. Bildirilir ki, hadisədən bir neçə saat əvvəl qeyri-adekvat şəxs mənzilini yandırıb, sonra tibb müəssisəsinə aparılıb və oradan da qaçıb.
Hər şey onun öz mənzilini yandırması ilə başlayıb. Bundan sonra kişi psixiatriya xəstəxanasına aparılsa da, tezliklə çılpaq şəkildə qaçıb.
O, Samara küçələrində çılpaq qaçaraq “hamımızı aldadırlar” deyə qışqırıb.
Daha sonra kişi yaxınlıqdakı ərzaq mağazasına girib və orada satıcı qadına hücum edib. Onun burnunu dişləyib və sınıq şüşə ilə boynunu kəsib. Nəticədə qadın burnunun bir hissəsini itirib.
Hadisə şahidləri qadının köməyinə gələrək qeyri-adekvat şəxsi saxlaya biliblər. Onlar polisi və həkimləri gözləyiblər və psix xəstəxanaya aparılıb.
Bir müddət sonra o, gözlənilmədən dünyasını dəyişib. Ölümün səbəbi müəyyənləşdirilir.
Xəsarət alan satıcı qadın xəstəxanaya yerləşdirilib, əməliyyat olunub və artıq özünə gəlib.
Xuraman Etibarlı
İnterpress.az