“Gürcü arzusu”nun deputatları restoranda dava salıblar.
İnterpress.az xəbər verir ki, Əbu-Dabidəki restoranlardan birində “Gürcü arzusu”nun deputatları müxalifət fəalının dediyi kobud söz və “satqın” sözünə görə dava salıblar.
Kafe-restoranda müxalifət düşüncəli Gürcüstan vətəndaşı Laşa Qabitaşvili “Gürcü arzusu”nun deputatı İrakli Zarkuanı satqın adlandıraraq onu söyüb.
Bundan sonra Zarkua deputatlar Viktor Sanikidze və Gela Samxarauli ilə birlikdə Qabitaşvilini döyüb.
Qabitaşvilinin arvadı ilə restoranda olduğu bildirilir. Hadisə ilə bağlı Əbu-Dabi polisi tərəfindən araşdırma aparılır.
Xuraman Etibarlı
İnterpress.az