Cisco işçilərinin 5 faizini ixtisar edəcəkbackend

Cisco işçilərinin 5 faizini ixtisar edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın şəbəkə texnologiyaları şirkəti Cisco, yenidən strukturlaşdırma planının bir hissəsi olaraq qlobal işçi qüvvəsini təxminən 5 faiz azaldacağını açıqlayıb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Cisco yanvarın 27-də başa çatan üç aylıq dövr üçün balans hesabatını açıqlayıb.

Şirkətdən verilən açıqlamada Cisco-nun gəlirinin sözügedən dövrdə illik 6 faiz azalaraq 12,8 milyard dollara çatdığı bildirilib.

Açıqlamada şirkətin xalis mənfəətinin eyni dövrdə 5 faiz azalaraq 2,6 milyard dollar olduğu qeyd edilib.

Açıqlamada Cisco-nun həmçinin təşkilatın yenidən təşkili və əsas prioritet sahələrə daha çox investisiyanın təmin edilməsi üçün yenidən strukturlaşdırma planını açıqladığı və bu planın şirkətin qlobal işçi qüvvəsinin təxminən 5 faizinə təsir edəcəyi bildirilib.