Dağıstanda terror aktı hazırlamaqda şübhəli bilinən 3 nəfər HƏBS EDİLDİbackend

Dağıstanda terror aktı hazırlamaqda şübhəli bilinən 3 nəfər HƏBS EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dağıstanda terror aktı hazırlamaqda şübhəli bilinən üç nəfər həbs edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Dağıstan Respublikasının Ali Məhkəməsi məlumat yayıb.

Məhkəmə aydınlaşdırıb ki, həbs olunanlar silah alıb Serqokalinski rayonunun Serqokala kəndində və Mahaçqalada saxlayıblar.

Həmçinin, müstəntiqlərin fikrincə, təqsirləndirilən şəxslər terror aktı törətməkdə istifadə etməyi planlaşdırdıqları yüksək partlayıcıya malik əldəqayırma qurğu hazırlayıblar.

Xuraman Etibarlı

İnterpress.az