Deputatın şirkəti cərimə olundubackend

Deputatın şirkəti cərimə olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərmed” Məhdud Məsuliyyətli Cəmiyyət karantin rejimi qaydalarını pozduğu üçün cərimə olunub.

İnterpress.az xəbər verir ki, MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə protokol tərtib olunub və cəza tədbiri görülməsi üçün iş baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib.

Hakim Günay Cavadovanın sədrliyi ilə baş tutan iclasda MMC-nin xüsusi karantin rehimi qaydasını pozması müəyyən olunub və cərimə olunması barədə qətnamə qəbul edilib.

İddia olunur ki, Azərmed MMC deputat Kamaləddin Qafarovun ailəsinə məxsusdur.

 

İnterpress.az