Dünya bu qızdan danışır – Sevgisi uğrunda görün nələr etdi…backend

Dünya bu qızdan danışır – Sevgisi uğrunda görün nələr etdi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün səhər Tokioda Yaponiya imperatorunun vəliəhdi şahzadə Fumixitonun (hazırkı imperator Naruxitonun kiçik qardaşı – red.) böyük qızı Mako sadə bir şəxs olan Keya Kamuro ailə həyatı qurub.

bu barədə Yaponiyanın “Kyodo News” dövlət xəbər agentliyi məlumat yayıb.

Bildirilir ki, cütlük arasında əlaqə uzun illərdir ki, mövcuddur. Bununla da Mako imperator ailəsi statusunu (titulunu) itirib, imperator sarayını tərk edir və bundan sonra yoldaşının soyadını daşıyacaq.

Şahzadə Makonun nikah bağlanmasından bir neçə gün əvvəl valideynlərini, həmçinin Fəxri İmperator Akihito və Fəxri İmperatriçə Miçikonu ziyarət etdiyi də bildirilir. Bu görüşlərin vidalaşma xarakteri daşıdığı və İmperator ailəsini tərk edən şahzadə Makonun bundan sonra adi vətəndaşa çevriləcəyi qeyd edilir. Bununla yanaşı, şahzadənin ailə qurması üçün dövlət tərəfindən ayrılan 150 milyon yen (təqribən 1,3 milyon dollar) vəsaitdən imtina etdiyi də bildirilir. Yeni ailə quran gənclərin bir müddət Tokioda kirayələdikləri evdə yaşayacağı, sonradan Nyu-Yorka yola düşəcəkləri gözlənilir.

 

Dünya bu qızdan danışır - Sevgisi uğrunda görün nələr etdi...
Dünya bu qızdan danışır - Sevgisi uğrunda görün nələr etdi...