Dünyada koronavirusdan sağalanların sayı 9 milyonu ötübbackend

Dünyada koronavirusdan sağalanların sayı 9 milyonu ötüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada yeni növ koronavirusdan (COVID-19) müalicə olunan insanların sayı 9 milyonu keçib.

İnterpress.az-ın Xarici mətbuata əsasən verdiyi xəbərə görə, bu barədə federal və yerli hakimiyyət orqanlarının, eləcə də media və digər açıq mənbələrin məlumatlarını ümumiləşdirən Johns Hopkins Universitetinin məlumatında deyilir.

Universitetdən verilən məlumata görə, dünyada COVID-19 virusundan sağalanların sayı 9 043 203-ə çatıb, ölənlərin sayı isə 639 652 nəfər təşkil edib, ümumilikdə, dünya üzrə sözügedən virusa 15 736 499 nəfər yoluxub.

Xatırladaq ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 infeksiyasının pandemiya olduğunu elan edib.

 

İnterpress.az