DYP qarlı havaların yollarda yaratdığı çətinliklərlə bağlı sürücülərə müraciət edibbackend

DYP qarlı havaların yollarda yaratdığı çətinliklərlə bağlı sürücülərə müraciət edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün davam edən qeyri-sabit hava şəraiti nisbətən sabitləşsə də, dağlıq və dağətiyi rayonlarda yağan qarın yollarda yaratdığı çətinliklər hələ də qalmaqdadır. Xüsusilə səhər və axşam saatlarında külək tutan açıq ərazilərdə, enişli-yoxuşlu yollarda, körpülərdə yol örtüyünün buz bağlaması nəqliyyat vasitələrinin sürüşmə ehtimalını dəfələrlə artırıb.

Hazırda DYP əməkdaşları aidiyyəti qurumlarla birgə qarın yollarda yaratdığı fəsadların aradan qaldırılması, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində zəruri tədbirlər görür.

Bununla yanaşı Baş DYP İdarəsi bir daha sürücülərə müraciət edərək, onlardan yolların buz bağlama ehtimalını nəzərə alaraq ehtiyyat tədbirləri görməyi, mövsümə uyğun təchiz edilməmiş, texniki-təhlükəsizlik baxımından yararsız nəqliyyat vasitələri ilə yola çıxmamağı, təcrübəsiz sürücülərdən sükan arxasına əyləşməməyi, sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərdən daha təhlükəsiz marşurutlar üzrə hərəkətə üstünlük verməyi xahiş edir. Bir neçə gün davam edən qeyri-sabit hava şəraiti nisbətən sabitləşsə də, dağlıq və dağətiyi rayonlarda yağan qarın yollarda yaratdığı çətinliklər hələ də qalmaqdadır. Xüsusilə səhər və axşam saatlarında külək tutan açıq ərazilərdə, enişli-yoxuşlu yollarda, körpülərdə yol örtüyünün buz bağlaması nəqliyyat vasitələrinin sürüşmə ehtimalını dəfələrlə artırıb.

Hazırda DYP əməkdaşları aidiyyəti qurumlarla birgə qarın yollarda yaratdığı fəsadların aradan qaldırılması, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində zəruri tədbirlər görür.

Bununla yanaşı Baş DYP İdarəsi bir daha sürücülərə müraciət edərək, onlardan yolların buz bağlama ehtimalını nəzərə alaraq ehtiyyat tədbirləri görməyi, mövsümə uyğun təchiz edilməmiş, texniki-təhlükəsizlik baxımından yararsız nəqliyyat vasitələri ilə yola çıxmamağı, təcrübəsiz sürücülərdən sükan arxasına əyləşməməyi, sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərdən daha təhlükəsiz marşurutlar üzrə hərəkətə üstünlük verməyi xahiş edir.