ƏƏSMN kollektivi Bakıda inşası davam etdirilən Zəfər parkında olublarbackend

ƏƏSMN kollektivi Bakıda inşası davam etdirilən Zəfər parkında olublar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

27 Sentyabr – Anım Günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) kollektivi Bakıda inşası davam etdirilən Zəfər parkında olublar.

“Report” xəbər verir ki, parkın girişində xatirə daşının önünə gül dəstələri düzülərək qürur mənbəyimiz olan qəhrəman şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən 27 Sentyabr – Anım Günü kimi qeyd edilir. Bu gün xalqımız ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış əsgər və zabitlərimizi, bütün şəhidlərimizi dərin ehtiramla yad edir.

Şanlı tarix yazan qəhrəman şəhidlərimizə Allahdan rəhmət diləyirik!