Əfsanəvi saksafonçu Sonni Rollinz 95 yaşında vəfat edib.
İnterpress.az xəbər verir ki, bu barədə dünya mediası məlumat yayıb.
Caz musiqisinin əfsanəsi, dahi saksafonçu Sonni Rollinz Nyu-Yorkdakı evində 95 yaşında dünyasını dəyişib.
Rollinz musiqi dünyasına böyük töhfələr verib. O, 1981-ci ildə “The Rolling Stones” qrupunun məşhur “Waiting on a Friend” hiti üçün unudulmaz solo ifa edib.
1966-cı ildə “Alfi” (“Alfie”) filmi üçün yazdığı musiqiyə görə “Oskar” mükafatına namizəd göstərilən sənətçi, karyerası ərzində üç dəfə “Qremmi” mükafatına layiq görülüb.
O, 2000-ci ildə “Ən yaxşı caz albomu” və 2005-ci ildə “Ən yaxşı instrumental caz solosu” nominasiyalarında bu nüfuzlu mükafatı qazanıb.
Ömrünün son illərində ağciyər fibrozu xəstəliyindən əziyyət çəkən sənətçi səhhəti ilə bağlı 2012-ci ildə sonuncu dəfə səhnəyə çıxıb, 2014-cü ildən isə tamamilə fəaliyyətini dayandırmışdı.
Sonni Rollinzin vəfatı dünya musiqi ictimaiyyəti üçün böyük itki hesab olunur.
Xuraman Etibarlı
İnterpress.az






