“Əl-Cəmaə əl-İslamiyyə”nin komandiri Livanda məhv edilib.
interpress.az xəbər verir ki, bu barədə “Sky News Arabia” məlumat yayıb. Bildirilir ki, Livanın şərqində, Bekaa bölgəsində avtomobilə hədəflənmiş hava zərbəsi nəticəsində Livanın sünni təşkilatı “Əl-Cəmaə əl-İslamiyyə” silahlılarının komandiri Əbu Məhəmməd Cabara öldürülüb.
Hücumun İsrailə məxsus pilotsuz uçan aparat tərəfindən həyata keçirildiyi qeyd edilir, lakin İsrail ordusu hadisə ilə bağlı şərh vermir.
“Əl-Cəmaə əl-İslamiyyə” 1964-cü ildə qurulan islamçı təşkilatdır və Müsəlman Qardaşlarının Livan qoludur.
Xuraman Etibarlı
İnterpress.az