Əli Əsədov: “Ərzaq təhlükəsizliyinə ötən il 478 milyon manat ayrılıb”backend

Əli Əsədov: “Ərzaq təhlükəsizliyinə ötən il 478 milyon manat ayrılıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2023-cü ildə Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalçılarına maliyyə dəstəyi olaraq ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün 478 milyon manat vəsait ayrılıb.

Bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatını təqdim edərkən bildirib.

Bundan başqa, onun sözlərinə görə, bu il yanvarın 1-dən kənd təsərrüfatı sahəsi üzrə vergi güzəştlərinin vaxtı daha 3 il uzadılıb.