Ərdoğan sabah keçiriləcək G7 Liderlər Zirvə toplantısında Qəzzada qalıcı atəşkəsin təmin edilməsi üçün Türkiyənin rolundan danışacaq.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediasına diplomatik mənbələr məlumat verib.
Prezident Ərdoğan sabah keçiriləcək G7 Liderlər Zirvə toplantısında Qəzzada qalıcı atəşkəsin təmin edilməsi üçün Türkiyənin göstərdiyi diplomatiya və humanitar yardımlardan danışacaq.
Ərdoğan İsrailin Qəzzada 8 aydır həyata keçirdiyi qırğına dünyanın necə səssiz qaldığına diqqət çəkəcək.
Xuraman Etibarlı
İnterpress.az