Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistan Baş naziri Nikol Paşinyan Çinin Tiencin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) sammiti çərçivəsində görüş keçiriblər.
Bu barədə erməni KİV-ləri xəbər verir.
Liderlər regionda sabitlik və sülhün qurulmasına yönəlmiş addımların vacibliyini vurğulayıblar.
Ərdoğan və Paşinyan, həmçinin qarşılıqlı etimad mühitinin yaradılması və regional kommunikasiyaların inkişafı üçün konstruktiv yanaşmaların qorunmasının vacibliyini qeyd ediblər.
Tərəflər dialoqu davam etdirmək barədə razılığa gəliblər.