Evləri Azərbaycanın nəzarətinə keçən Tavuşun Kirants kəndinin sakinləri onları sökməyə başlayıblar.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, ermənilər Kirantsın Tavuş kəndində Azərbaycanın nəzarətinə keçən ərazilərdəki evləri sökməyə başlayıblar.
Media qeyd edib ki, ermənilər arasında evlərini tərk etməkdən qəti şəkildə imtina edənlər də var.
Xatırladaq ki, delimitasiyadan sonra kənddə iki ev Ermənistan-Azərbaycan sərhədinin o tayında qalıb. Ermənilər evləri iyunun 24-dək tərk etməlidirlər.
Xuraman Etibarlı
İnterpress.az