Ermənilər Paşinyanın dostunun oğlunun toyu zamanı etiraz aksiyası keçirəcəklər.
interpress.az xəbər verir ki, bunu Çarentsavan şəhərində pasport şöbəsinin bağlanmasına etiraz edənlərdən biri Gevorq Akopyan erməni mediasına müsahibəsində deyib.
O bildirib ki, Çarentsavan sakinləri Paşinyanın dostunun oğlunun toyu zamanı etiraz aksiyası keçirəcəklər.
Ermənistanın baş naziri Nikol Paşinyan və respublikanın daxili işlər naziri Vahe Qazaryan avqustun 6-da Çarentsavanda toyda iştirak edəcəklər.
Ermənilər bu gün etiraz olaraq oturaq aksiya elan edərkən, eyni zamanda, Paşinyan dostunun oğlunun toy mərasimində iştirak edəcək.
“Toyun planlaşdırıldığı restoranda təhlükəsizlik əməkdaşları bir neçə gündür ki, ciddi təhlükəsizlik tədbirləri görürlər”, – deyə Çarentsavan sakini bildirib.
Xuraman Etibarlı
İnterpress.az