Ermənilər Tərtərin Əskipara kəndini atəşə tutdu: 20 ev tamamilə dağıldı – FOTObackend

Ermənilər Tərtərin Əskipara kəndini atəşə tutdu: 20 ev tamamilə dağıldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəbhədə vəziyyət gərgin olaraq qalır.

Bu barədə cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Noyabrın 8-də Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun Əskipara kəndini artilleriya atəşinə tutub.

Kənd sakini Çingiz Rüstəmovun fərdi yaşayış evinə düşmən tərəfindən bir neçə mərmi atılıb. Nəticədə, evə və evin həyətində yerləşən yardımçı tikililərə külli miqdarda ziyan dəyib, ev heyvanları tələf olub. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

Qeyd edək ki, ermənilərin Tərtər rayonunun Əskipara kəndinə atdığı mərmilər nəticəsində ümumilikdə 80-ə yaxın evə ziyan dəyib, 20 ev tamamilə dağılıb.

İnterpress.az