Ermənilər Xankəndidən Qırxqız dağına və Meydan düzünə yürüş təşkil etdi… – Fotolarbackend

Ermənilər Xankəndidən Qırxqız dağına və Meydan düzünə yürüş təşkil etdi… – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqustun 29-u bazar günü Xankəndidə “TRTU” adlanan erməni turist klublarından biri Xocalı rayonunun Badara kəndi istiqamətindən Laçın rayonu ilə sərhəddəki Qırxqız dağına yürüş təşkil edir.  bu haqda separatçı erməni nəşrləri məlumat yayıb.

Səhər saat 06:30-da Xankəndidəki  “mədəniyyət evi”nin yanından yürüşə başlayanlar avtobusla Badara kəndinə yola düşəcək, oradakı Xravand şəlaləsini ziyarət edəcək, oradan isə Qırxqız dağına – dəniz səviyyəsindən 2832(yaxud 2843)m yüksəklikdə qərarlaşan Qızqala zirvəsinə doğru məşhur Meydan düzünə yollanacaqlar. Meydan düzündən Qarabağın əksər hissələrinə geniş və misilsiz panorama açılır…

Yürüşə pulsuz olaraq 16-55 yaşında sağlamlığında problem olmayan ermənilər dəvət olunur.

Qeyd edək ki, 10 Noyabr üçtərəfli razılaşmasından sonra Qırxqız dağının Qızqala zirvəsi Rusiyanın sülhməramlı hərbi kontingentinin “Cənub” məsuliyyət zonasına daxil edilib.