Erməniləri ifşa etdiyi üçün öldürülən gürcü qızın anası Azərbaycandan yardım istəyirbackend

Erməniləri ifşa etdiyi üçün öldürülən gürcü qızın anası Azərbaycandan yardım istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avtomobilində ölü tapılan 23 yaşlı proqramçı Tamar Baçaliaşvilinin ailə üzvləri Tbilisidə Baş Prokurorluğun binası qarşısında aksiya keçiriblər.

İnterpress.az Diasporpress.az -a istinadən xəbər verir ki, qızın anası Teona Tamazaşvili peyk şəkillərinin dərc olunması və sui-qəsd dərəcəsinə çatdırma maddəsinin qəsdən adam öldürmə maddəsi ilə əvəzlənməsini tələb edib.

Aksiyada plakatların birində “Üç yüksək vəzifəli məmur Qarabağ müharibəsi üçün Azərbaycana qarşı silahla təminat həyata keçirib” sözləri yazılıb.

T.Tamazaşvili Azərbaycan və Türkiyə hökumətlərini qızının ölüm faktı ilə maraqlanmağa çağırıb:

“Gürcüstan hökuməti üç yüksək vəzifəli məmurdan fayllar tələb etməlidir. Qızım təsadüfən onları açıb və silahla təminat sxemini deşifrə edib”.

Aksiyaçılar bildiriblər ki, tələb etdikləri sübutlar təqdim olunmasa, etirazlar siyasi forma alacaq.

T. Tamazaşvili aksiyaların davam etdiriləcəyini qeyd edib.

Xatırladaq ki, Kvemo Poniçala sakini olan T. Baçaliaşvilinin meyiti ona məxsus “Hyundai” markalı avtomobildə iyulun 23-də Tetritskaro meşəsində aşkar olunub.

İnterpress.az