Ermənistan da İrandan PUA almaq istəyirbackend

Ermənistan da İrandan PUA almaq istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan da İrandan pilotsuz uçuş aparatları (PUA) almaq istəyən ölkələr arasındadır.

Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun keçmiş komandanı və İranın Ali Rəhbərinin hərbi məsələlər üzrə köməkçisi general-mayor Yəhya Rəhim Səfəvi bildirib.

“İran pilotsuz təyyarələrini almağa hazırkı namizəd ölkələr Ermənistan, Tacikistan, Serbiya, Əlcəzair, Venesuela və digər ölkələrdir”, – Səfəvi deyib.

Xatırladaq ki, bundan əvvəl Yəhya Rəhim Səfəvi 22 ölkənin İran istehsalı olan hərbi pilotsuz təyyarələrin alınması üçün rəsmi müraciət etdiyini bildirmişdi.