Ermənistan Türkiyə ilə sərhədlərin üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün açılmasına hazırdır.
İnterpress.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər nazirinin müavini Vaan Kostanyan yerli KİV-ə müsahibəsində deyib.
O bildirib ki, bunun üçün Ermənistanda infrastruktur tam hazırdır: “Hazırda Türkiyənin cavabını gözləyirik”.
Nazir müavininin sözlərinə görə, bu proses həm İrəvan- Ankara, həm də İrəvan-Bakı münasibətlərinin normallaşmasına müsbət təsir edəcək.