Tavuşda ordunun yük maşını adi mikroavtobusa çırpılıb, altı nəfər yaralanıb.
interpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, bu gün, iyulun 15-də Tavuşda orduya məxsus yük maşını və adi mikroavtobusun iştirakı ilə qəza baş verib.
“Qəza Noyemberyan icmasının Berdavan kəndində baş verib. Ordunun yük maşını Noyemberyandan Baqrataşen istiqamətində hərəkət edən mikroavtobusa çırpılıb. 6 nəfər yaralanıb”, – jurnalist Voskan Sarkisyanın deyib.
Xuraman Etibarlı
İnterpress.az