Ermənistanda insanlara sərbəst şəkildə silah gəzdirməyə icazə veriləcək.
İnterpress.az “news.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin hakim “Mülki müqavilə” partiyasının deputatı Vilen Qabrielyan bildirib.
O qeyd edib ki, parlamentin müdafiə və təhlükəsizlik komitəsi bununla bağlı müvafiq qərar qəbul edib.
Deputat bildirib ki, məqsəd korrupsiya təzahürlərinin aradan qaldırılması, qanunsuz silahların sayının azaldılması və onların tədricən qeyri-qanuni dövriyyədən çıxarılmasıdır.
“Əqli sağlamlığı yerində olan insanlar müvafiq lisenziyaya sahib olduqdan sonra odlu silah gəzdirə biləcəklər”, – V. Qabrielyan söyləyib.