Snoop Dog-un Ermənistandakı konserti bu ilin avqustunda baş tuta bilər.
İnterpress.az erməni mediasına istinadla xəbər verir ki, bu barədə Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan iyunun 5-də parlamentin daimi komissiyalarının birgə iclasında bildirib.
O deyib ki, Snoop Dog-un Ermənistandakı konserti bu ilin avqustunda baş tuta bilər.
Nazir xatırladıb ki, ötən il reper Snoop Doqin sentyabrın 23-nə planlaşdırılan konserti hamıya məlum səbəblərdən təxirə salınıb.
“Bu il üçün təşkilatçılardan təkliflər gözləyirik. Tarixlər üçün üç seçim olmalıdır. Bunlardan ən rasional olanı seçəcəyik. Bu konsert əvvəlki razılaşmalar çərçivəsində təşkil olunacaq. Yeni heç nə nəzərdə tutulmayıb”, – Andreasyan qeyd edib.
Xatırladaq ki, Ermənistan reperə qabaqcadan 6 milyon dollar pul ödəyib.
Xuraman Etibarlı
İnterpress.az