Əmanətlərin Sığortalanması Fondu (ƏSF) ləğv prosesində olan “Dəmir Bank” ASC-nin kreditorlarına müraciət edib.
Müraciətdə deyilir ki, növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin növbəti ödənişi 5 fevral 2024-cü il tarixdən etibarən başlayacaq.
Tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək.
Kreditorlardan xahiş olunur ki, tələblərin ödənişi ilə bağlı ƏSF-nin Bakı şəhəri, Babək prospekti 16 ünvanında yerləşən binasına müvafiq sənədlərlə müraciət edərək ödəniş üçün bank rekvizitlərini təqdim etsinlər.
Əlavə məlumat almaq üçün qaynar xətt: (+994) 941