“Əsgərə xatirə” layihəsi Şəkidə “İgid yadigarları” Xarıbülbül festival ilə yadda qaldı! FOTOLARbackend

“Əsgərə xatirə” layihəsi Şəkidə “İgid yadigarları” Xarıbülbül festival ilə yadda qaldı! FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəki şəhərində “Əsgərə xatirə” layihəsi çərçivəsində və 1 iyun – Uşaqların Müdafiə Gününə həsr olunmuş “İgid yadigarları” Xarıbülbül festivalı keçirilib. SİA xəbər verir ki, festivalda Şəki şəhər İcra Hakimiyyətinin nümayəndələri, millət vəkilləri Vüqar İskəndərov, Cəbi Quliyev, Müdafiə Nazirliyinin səlahiyyətli nümayndələri, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurasının üzvü Hacı Surxay Məmmədli, “Həyat” Fondunun rəhbəri Hacı Nuran, layihənin icraçı direktoru Məltəm Şıxaliyeva, Vətən müharibəsinin qaziləri və şəhid ailələri, digər fəxri qonaqlar, eləcə də KİV nümayəndələri iştirak ediblər.

Festivalın açılışını elan edən layihənin ümumi rəhbəri Nuranə Şıxaliyeva qeyd edib ki, Müzəffər Ali Baş Komandan, xalqımızın qalib Sərkərdəsi cənab İlham Əliyevin rəhbərliyi altında vahid şəkildə birləşən Azərbaycan xalqı “Dəmir yumruq” birliyi ilə düşmən üzərində zəfər qazandı. Tariximizə II Vətən müharibəsi olaraq düşmüş bu şanlı qələbə dünyaya səs saldı, qəhrəmanlıq dastanı yazdı. Bu gün hər bir azərbaycanlı müzəffər qalibiyyət sevincinə görə məhz cənab Ali Baş Komandana, eləcə də düşmənə qarşı şərəfə, igidcəsinə mübarizə aparmış, Qarabağımızı azad etmiş şəhidlərimizə, qazilərimizə borcludur.

Nuranə Şıxaliyeva eyni zamanda 1 İyun Uşaqların Müdafiə Günü ilə bağlı Ulu Öndər Heydər Əliyevin “Uşaqlar bizim gələcəyimizdir” kəlamını xatırlayaraq qeyd edib ki, məhz uşaqların ölkəmizin sağlam ruhlu gələcəyi olmaları üçün onların vətənpərvər ruhda böyümələri vacibdir. Keçirilən “İgid yadigarları” Xarıbülbül festivalının əsas məqsədlərindən biri də məhz budur. Onun sözlərinə görə, artıq 6 ildir ki, davam edən bu layihə öz uğur simvolunu Prezident İlham Əliyev cənablarının, eləcə də Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın dünyaya örnək olan humanizm və qayğı dəyərlərindən götürüb, bəhrələnib.

Nuranə Şıxaliyeva çıxışı əsnasında tədbir iştirakçılarını 44 gün davam etmiş Vətən müharibəsində canlarından keçən, suverenliyimiz və ərazi bütövlüyümüz uğrunda şəhid olan əsgər və zabitlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət etdi.

Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Layihənin rəhbəri Nuranə Şıxaliyeva çıxışını davam edərək bildirib ki, əlbəttə bütün uğur reallıqlarının banisi və memarı cənab Prezident, Ali Baş Komandan İlham Əliyevdir və Azərbaycan xalqı bundan sonra Onun ətrafında daha da sıx birləşərək, ölkəmizi növbəti qələbə və zəfərlərə doğru aparacaq.

Nuranə Şıxaliyeva tədbirin keçirilməsində müstəsna dəstək göstərən, ev sahibliyi edən Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubova və İcra Hakimiyyətinin nümayəndələrinə minnətdarlığını çatdırdı.

Sonra çıxış üçün söz daim gənclərə doğru istiqamət göstərən, eləcə də layihənin keçirilməsi üçün dəstək göstərən millət vəkili Vüqar İskəndərova, Naxçıvan Muxtar Respublikasının gənclər Fondunun icraçı direktoru, YAP Gənclər Birliyinin sədri, millət vəkili Cəbi Quliyevə, Vətən müharibəsi qəhrəmanları – cənab Prezident və Ali Baş Komandan tərəfindən Azərbaycan Bayrağı ordeni ilə təltif edilmiş Yaşar Bağırova və Famil Məlikova, QMİ-nin Qazilər şurasının üzvü, ilahiyyat elmləri doktoru, professor Hacı Surxay Məmmədliyə, II Vətən müharibəsi dövründən arxa cəbhədə fəallığı ilə seçilən, tədbirin təşkilatçısı Məltəm Şıxaliyevaya verildi. Çıxış edənlər vurğuladılar ki, “Əsgərə xatirə” layihəsi bundan sonra da öz uğurları ilə seçilməyə davam edəcək və “İgid yadigarları” Xarıbülbül festivalı da bu uğurların davamıdır.

Festival tədbiri bədii hissə ilə davam etdirilib. Bədii hissədə Beynəlxalq Muğam Festivalının və “Avans” müsabiqəsi Qran prisinin qalibi, fəal və vətənpərvər gənc Kənan Bayramlı və Azərbaycanın səsi, eləcə də Türkvision-un qalibi olmuş Nuray Rəhmanqızı qonaqlar üçün ifa ediblər.

Tədbirdə uşaqlara sirli-sehrli nağıllar aləminə səyahət də təşkil olunub, onlara və şəhid-qazi ailələrinə sovqatlar paylanılıb, xatirə fotoşəkilləri çəkilib.

Xatırladaq ki, Şəki ilə yanaşı, layihə çərçivəsində Qəbələ, Oğuz, Zaqatala, Balakən, İsmayıllı, Şamaxı və Biləsuvarda da möhtəşəm tədbirlər keçirilib, 100-ə yaxın qazi və şəhid ailələri və onların övladlarına hədiyyələr təqdim olunub.

Rövşən RƏSULOV