Estoniyada Gürcüstan vətəndaşına 2 il həbs cəzası verilibbackend

Estoniyada Gürcüstan vətəndaşına 2 il həbs cəzası verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan vətəndaşı Estoniya kitabxanasından 19-cu əsrə aid kitabları oğurladığı üçün 2 il müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Tartu Rayon Məhkəməsi Gürcüstan vətəndaşı Beka Tsirekidzeni 2022-ci ilin yazında Tartu Universitetinin kitabxanasından səkkiz qiymətli kitabı oğurlamaqda təqsirli bilib və iki il müddətinə azadlıqdan məhrum edilib və Estoniyadan deportasiya edilib.

Mətbuatda yayılan məlumata görə, məhkəmə əvvəlcə ona 3 il həbs cəzası kəssə də, Cinayət Məcəlləsinə uyğun olaraq işə sadələşdirilmiş prosessual qaydada baxıldığı üçün müddəti üçdə bir azaldıb.

Əlavə cəza olaraq ona Estoniyanı tərk etmək əmri verilib və 5 il müddətinə ölkəyə təkrar giriş qadağan edilib.

Rayon məhkəməsi həmçinin Tartu Universitetinin mülki iddiasını təmin edib, Tsirekidzeyə 158 min avro maddi ziyan, habelə məhkəmə xərclərinə görə 2712 avro ödəməli olub.

İş materiallarından da aydın olur ki, prokurorluq Tsirekidzeni saxta sənədlərlə Tartu Universitetinin kitabxanasında oxucu kimi qeydiyyatdan keçməkdə və hələ naməlum şübhəli şəxslə birlikdə 2022-ci ilin aprel ayında kitabxanadan 8 qiymətli kitabı oğurlamaqda ittiham edib.

Oğurlanmış cildlər arasında saxta ilə əvəzlənən rus yazıçıları Aleksandr Puşkin və Nikolay Qoqolun 19-cu əsrə aid orijinal əsərləri də olub.