Fəallar Fransanın xaricdəki limanlarını bağlayırbackend

Fəallar Fransanın xaricdəki limanlarını bağlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın Hind okeanındakı xarici ərazilərindən biri olan Mayot adasındakı Longoni limanı hökumətə reaksiya göstərən etirazçılar tərəfindən bağlanıb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Fransa milli mətbuatında yer alan xəbərlərə görə, adada nizamsız miqrasiya və təhlükəsizlik tədbirlərinin olmamasından şikayət edən “Forces vives de Mayotte” kollektivinin üzvləri səslərini ictimaiyyətə çatdırmaq üçün bölgənin əsas limanı Longoni-ni bağlayıblar.

Fransa Ətraf Mühit və Enerji İdarəetmə Agentliyinin (ADEME) məlumatlarına görə, Lonqoni Limanı bölgənin qida ehtiyacının 65 faizini ödəyir.

Etirazçılar limandan adaya məhsulların daşınmasına mane olsa da, liman rəhbərliyi mallarını boşalta bilmədiklərinə görə estakada saxlanılan konteynerlərin sayının artdığını bildirir.

“Forces vives de Mayotte” kollektivinin üzvləri adanın müxtəlif yerlərində barrikadalar quraraq aksiyalarını davam etdirirlər.

Limanın bağlanması ilə bağlı kollektivin sözçüsü Abdou Badirou deyib: “Adanın iqtisadi ürəyi təhlükə altında olarsa, səlahiyyətlilər reaksiya verəcək. 3 həftədir kəsişmələrdə və ictimai yerlərdə barrikadalar qururuq”.