ABŞ Federal Ehtiyat Sistemi (FED) investisiya və ticarət fəaliyyətləri ilə bağlı məhdudiyyətlərin əhatə etdiyi FED işçilərinin sayının artırılacağını və həssas məlumatlara çıxışı olan personala qoyulan məhdudiyyətlərin sərtləşdiriləcəyini açıqlayıb. Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir. FED-dən verilən açıqlamada, Federal Açıq Bazar Komitəsinin (FOMC) investisiya və ticarət siyasətini daha da təkmilləşdirəcək yeniləmələri açıqladığı bildirilib.
İlk dəfə 2022-ci ildə qəbul edilən siyasətin hər hansı maraq toqquşması görünüşünə qarşı qorunma təmin etdiyinə diqqət çəkilərək, sözügedən siyasətin FOMC-nin işinin tərəfsizliyi və bütövlüyünə ictimaiyyətin inamını dəstəkləmək məqsədi daşıdığı vurğulanıb.
Bəyanatda qeyd olunub ki, siyasət yeniləmələri investisiya və ticarət fəaliyyətləri ilə bağlı ən sərt məhdudiyyətlərin əhatə etdiyi Fed işçilərinin sayını artıracaq və məxfi FOMC məlumatlarına çıxışı olan bütün işçilərə məhdudiyyətləri sərtləşdirəcək.
Yenilənmiş siyasətin gətirdiyi əlavə yeniliklərə toxunan açıqlamada, FOMC-nin həssas məlumatlarına çıxışı olan işçilərin maliyyə açıqlamalarının düzgünlüyünü yoxlamaq üçün brokerlik və ya digər qiymətli kağızlarla əməliyyat bildirişləri təqdim etməyə dəstək veriləcəyi bildirilib.
Mövcud siyasət, hazırda pul siyasəti qərarlarının qəbulunda iştirak edən yüksək səviyyəli Fed rəsmilərinin fərdi səhmləri və ya sektor fondlarını almasını tələb etmir, bəyanatda deyilir. Törəmə müqavilələrinin bağlanmasını və qısa satışı qadağan etdiyi xatırladılıb.
Bildirilib ki, yeni məhdudiyyətlər 30 iyun 2024-cü il tarixindən qüvvədə olacaq.