Həştərxanda güclü külək tikinti kranını aşırıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiyanın Həştərxan vilayəti üzrə İstintaq Komitəsi məlumat yayıb.
Həştərxanda təhlükəsizlik qaydalarının pozulması faciə ilə nəticələnib. Güclü külək nəticəsində hündürlükdə işləyən tikinti kranı aşıb.
Hadisə zamanı krançı aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.
Məlum olub ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) güclü külək və hava şəraitinin pisləşməsi ilə bağlı xəbərdarlıqlarına baxmayaraq, tikinti sahəsində işlər dayandırılmayıb.
İstintaq orqanları tərəfindən “əməyin mühafizəsi tələblərinin pozulması” maddəsi ilə araşdırmalara başlanılıb.
Hazırda tikinti şirkətinin rəhbərliyi və məsul şəxslərin işlərin davam etdirilməsi ilə bağlı qərarı istintaqın əsas araşdırma obyektidir.
Xuraman Etibarlı
İnterpress.az






