FIDH Beynəlxalq Cinayət Məhkəməsindən Marqarita Simonyanın işinin araşdırılmasını istəyib.
İnterpress.az xəbər verir ki, bu barədə DW təşkilatın saytına istinadən məlumat yayıb.
Beynəlxalq İnsan Haqları Federasiyası (FIDH) Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) müraciət edərək, altı rusiyalı təbliğatçının ukraynalılara qarşı nifrətin qızışdırılmasını insanlığa qarşı cinayət kimi qiymətləndirilməsini xahiş edib.
İşin materialları teleaparıcılar Vladimir Solovyov, Dmitri Kiselyov və Sergey Mardan, “Russia Today”in baş redaktoru, prezident administrasiyasında təbliğata nəzarət edən Aleksey Qromova, həmçinin Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevə qarşı yönəlib.
Hüquq müdafiəçiləri Rusiya təbliğatçılarına qarşı BCM-nin Roma Nizamnaməsinin 7-ci maddəsinə (“İnsanlığa qarşı cinayətlər”) uyğun olaraq araşdırma aparılmasını tələb ediblər.
Maddənin bəndlərindən biri müəyyən edilə bilən hər hansı qrup və ya icmanın etnik, milli və digər əsaslarla təqib edilməsini belə cinayət kimi tanıyır.
Xuraman Etibarlı
İnterpress.az