Filippində nadir təbiət hadisəsi: Vulkanın üzərindən yaşıl METEOR KEÇDİ – VİDEObackend

Filippində nadir təbiət hadisəsi: Vulkanın üzərindən yaşıl METEOR KEÇDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Filippində vulkanın üzərində nadir yaşıl rəngli meteor uçub.

İnterpress.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Filippində təbiətin nadir hadisələrindən biri qeydə alınıb. Gecə səmasında parlayan yaşıl rəngli nəhəng meteor püskürən vulkanın birbaşa üzərindən keçib.

Bu möhtəşəm anlar yerli Vulkanologiya və Seysmologiya İnstitutunun müşahidə kameraları tərəfindən lentə alınıb. Görüntülər sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.

Mütəxəssislər bu cür meteorların rənginin onun tərkibindəki kimyəvi elementlərdən, xüsusən də maqneziumdan asılı olduğunu bildirirlər.

Xuraman Etibarlı

İnterpress.az