Finlandiyada uşaqların ət və süddən istifadəsi məhdudlaşdırılırbackend

Finlandiyada uşaqların ət və süddən istifadəsi məhdudlaşdırılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Finlandiyada məktəbəqədər müəssisələrin və uşaq baxçalarının rasionunda ət və süd məhsullarının istifadəsi azaldılacaq.

Bu barədə Finlandiya ictimai yayım şirkəti “Yle” məlumat yayıb.

“Növbəti dörd il ərzində elm adamları qidalanmada ət və süd məhsullarından istifadəni azaltmaqla daha çox meyvə və tərəvəzə üstünlük verməyin uşaqların sağlamlığına necə təsir etdiyini araşdıracaq”, – deyə yayılan məlumatda qeyd olunur.

Məlumatda həmçinin bildirilib ki, məqsəd veqan pəhrizi deyil, ət və süd məhsullarının daha məqsədəuyğun istifadəsi, qidalanmada tərəvəzin, meyvələrin miqdarını artırmaqdır.

 

İnterpress.az