“Fransa İsrail və onun müttəfiqi Azərbaycana qarşıdır”.
İnterpress.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” yazır.
Nəşr yazır ki, Fransa son anti-İsrail bəyanatları ilə yanaşı, Yeni Kaledoniyadakı etirazlarla bağlı “İsrailin müttəfiqi Azərbaycana da hücum edib”.
“İsrail və Azərbaycan özlərini azlıqları müdafiə edirmiş kimi göstərən və özü müstəmləkəçi olsa da, “müstəmləkəçilik siyasətini” pisləyən Fransa hökumətinin ikili standartları ilə üz-üzədir”, – Azərbaycanın yəhudi icması nəşrə bildirib.
Mayın 13-də Yeni Kaledoniyada kütləvi etirazlar başlayıb. Səbəb Fransa parlamentinin adada 10 ildən artıq yaşayan Fransa vətəndaşlarının yerli seçkilərdə səsvermə hüququnun genişləndirilməsini nəzərdə tutan konstitusiya islahatını qəbul etməsidir. Mayın 16-da Fransanın xarici işlər naziri Darmanin Bakını Yeni Kaledoniyadakı iğtişaşlara müdaxilə etməkdə ittiham edib.
Xuraman Etibarlı
İnterpress.az