Fransa müsəlmanların təhsil aldığı Əl-Kindi məktəbi bağlanıb.
İnterpress.az xəbər verir ki, bu barədə Əl-Kindi-nin direktoru Abdeluaxb Bakli bildirib.
Fransa hakimiyyəti məktəbə dövlət müqaviləsini ləğv edib və maliyyələşdirməni dayandırıb.
İndi Lion şəhərinin ətrafında yerləşən Əl-Kindi özəl müsəlman məktəbinin 600-dən çox şagirdi təhsilsiz qalmaq riski ilə üzləşib.
Qərar maaşlarını itirəcək 30 müəllimə də təsir edəcək.
Yanvarın 10-da prefekt Fabienne Buccio məktəbin bağlanmasına səbəb kimi yoxlamanın nəticələrini göstərib.
O, təhsil və inzibati idarəetmədə “pozuntulara”, o cümlədən “respublika dəyərlərinə qəsdlərə” işarə edib.
Xuraman Etibarlı
İnterpress.az