Fransa və Belçika polisi ƏMƏKDAŞLIQ EDİR: Luvr qarətinin İZİ İLƏbackend

Fransa və Belçika polisi ƏMƏKDAŞLIQ EDİR: Luvr qarətinin İZİ İLƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa və Belçika Luvr muzeyinin qarət edilməsi ilə bağlı birgə istintaqa başlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti məlumat yayıb.

Fransa və Belçika hüquq-mühafizə orqanları Luvr muzeyindən oğurlanan qiymətli zinət əşyalarının axtarışı ilə bağlı birgə istintaq hərəkətlərinə start verib.

İstintaq qrupu bir neçə əsas versiyanı yoxlayır. Əsas ehtimallardan biri budur ki, oğurlanmış zinət əşyaları Belçikaya çıxarılıb.

Bu versiyanın irəli sürülməsinə səbəb Antverpen şəhərinin dünyada qiymətli daş ticarətinin əsas mərkəzlərindən biri hesab edilməsidir.

Bununla yanaşı, polis zinət əşyalarının hələ də Fransada, daha dəqiq desək, saxlanılan dörd şübhəlinin doğulduğu Obervilye kommunası rayonunda gizlədildiyini istisna etmir.

Digər bir versiyaya görə isə, qarətçilər artıq qiymətli əşyaları xaricə satıb, daşları çıxarıb, metalı isə əridiblər.

Hazırda hər iki ölkənin polisi cinayətkar qruplaşmanın izini itirməmək üçün intensiv əməliyyat-axtarış tədbirləri həyata keçirir.

Xuraman Etibarlı

İnterpress.az