Avropada fermerlərin bir gün davam edən etirazları Fransa və İspaniya arasında “pomidor”la bağlı siyasi debata çevrilib. Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir. Fransanın keçmiş Ekologiya Naziri Segolele Royal həftə ərzində iştirak etdiyi bir televiziya proqramında İspaniyada istehsal olunan pomidorlar üçün “yeyilməz” və “saxta üzvi” ifadələrini işlətdi və Fransanın Baş naziri Qabriel Attal İspaniyanı “becərilməsinə icazə verərək haqsız rəqabət yaratmaqda” günahlandırıb.
İspaniyanın baş naziri Pedro Sançes İspaniyanın kənd təsərrüfatı məhsulları ilə bağlı tənqidlərin “əsassız” olduğunu müdafiə edərək, keçmiş Fransa naziri Royalı “hələ ki, sınamaq şansı olmayan pomidorları dadmaq üçün” İspaniyaya dəvət edəcəyini bildirib.
Onlar günlərdir ki, öz ölkələrində, ən son isə Brüsseldə Avropa İttifaqının (Aİ) kənd təsərrüfatı siyasətinin dəyişdirilməsini, Avropa İttifaqına daxil olmayan ölkələrdən gələn məhsullara məhdudiyyətlər və yoxlamaların tətbiq edilməsini, qiymətlərin və maaşların artırılmasını tələb edərək, etiraz aksiyaları keçirirlər. İnflyasiya və tarlalardan gələn məhsulların iki qat baha qiymətə rəflərdə olduğunu müdafiə edən fransız fermerlər etirazlarında İspaniya və İtaliya məhsullarını da hədəfə alıblar.
Statistikaya görə, illik tərəvəz və meyvə istehlakının 40 faizini İspaniya və İtaliyadan idxal edən Fransada fermerlər bu iki ölkəni “haqsız rəqabətdə” ittiham edirlər.
İspaniyalı fermerlər etirazlarını davam etdirəcəklər
Digər tərəfdən, Fransadakı fermerlərə bənzər səbəblərlə İspaniyada kiçik miqyaslı etirazlara başlayan fermerlər, bu gün İspaniyanın Kənd Təsərrüfatı, Qida və Balıqçılıq naziri Luis Planas ilə görüşdükdən sonra etirazlarını davam etdirməyə qərar verdilər.
Nazir Planas tərəfindən razılaşdırıla bilməyən fermerlər fevralın 13-də Kataloniyada, 21-də isə paytaxt Madriddə traktorlarla yol blokadası edəcəklərini açıqlayıblar.