Fransada dəmiryol işçiləri tətil edəcəkbackend

Fransada dəmiryol işçiləri tətil edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada həmkarlar ittifaqlarının çağırışı ilə Fransa dəmir yolu şirkətinin işçiləri 15-18 fevral tarixləri arasında tətil edəcək.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Fransada Sud Rail və CGT həmkarlar ittifaqları dəmiryolçularının iş şəraitinin yaxşılaşdırılması, maaşlarının artırılması və erkən pensiyaya çıxması tələbi ilə tətilə çağırıblar.

Həmkarlar ittifaqları 3 günlük tətildə iştirak nisbətinin yüzdə 70-90 olacağını təxmin edir.

FO Cheminots həmkarlar ittifaqının katibi Daniel Ferte sıx iş saatlarından şikayət edərək bildirdi ki, Fransa dəmir yolu şirkəti (SNCF) hər qatara 2 işçi söz verib, lakin bu, bütün səfərlərdə həyata keçirilməyib.

Ferte hər gün dəyişən nizamsız iş saatları ilə yanaşı, həftə sonları və bayram günlərində işləməkdən də məmnun olmadıqlarını bildirib.

Fransızlar qış tətilinə təsadüf edən tətil zamanı xidmətlərin pozulmasından narahat olduqları halda, SNCF yüksək sürətli qatarların hər iki səfərindən birini həyata keçirməyi hədəflədiklərini açıqladı.