Parisdə Əttəqva məscidi imamın uşaqlara qarşı zorakılıq çağırışına görə bağlanıb.
İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Fransanın paytaxtı Parisdə fəaliyyət göstərən “Attaqwa” (Əttaqva) məscidi rəsmi dövlət orqanlarının qərarı ilə bağlanıb.
Bu sərt addımın atılmasına məscid imamının dindarlara etdiyi qalmaqallı çağırış səbəb olub.
Məlumata görə, məscidin imamı öz moizəsi zamanı dindarları namaz qılmaqdan və ibadət etməkdən imtina edən azyaşlı övladlarını döyməyə, onlara qarşı fiziki güc tətbiq etməyə çağırıb.
Uşaqlara qarşı zorakılığı təşviq edən bu çağırış Fransa ictimaiyyətində və hökumət dairələrində kəskin etirazla qarşılanıb.
Fransa hüquq-mühafizə orqanları və aidiyyəti dövlət qurumları uşaq hüquqlarının pozulmasını, zorakılığa çağırış edilməsini əsas gətirərək məscidin fəaliyyətinin müvəqqəti dayandırılması barədə qərar qəbul ediblər.
Faktla bağlı rəsmi təhqiqat aparılır.
Xuraman Etibarlı
İnterpress.аz






