Müttəfiqimiz Azərbaycan və strateji tərəfdaşımız Gürcüstan ilə iqtisadiyyat, müdafiə, enerji, nəqliyyat, mədəniyyət və təhsil başda olmaqla çox geniş sahələrdə son dərəcə yaxşı münasibətlərimizi davam etdirməkdən məmnunluq duyuruq. Həm ikitərəfli, həm də üçtərəfli səviyyədə əməkdaşlığımız dərinləşərək davam edir. Dövlətlərarası münasibətlərdən kənar, xalqlarımız arasındakı güclü bağlar tərəfdaşlığımızın ən möhkəm əsasını təşkil edir”.
İnterpress.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin sədri Fuat Oktay Bakıda keçirilən Türkiyə – Azərbaycan – Gürcüstan Parlamentlərinin Xarici Əlaqələr Komitələrinin 10-cu Üçtərəfli Toplantısında bildirib.
O qeyd edib ki, Cənubi Qafqaz regionunda sülh və sabitlik Türkiyə üçün hər zaman prioritet təşkil edib:
“Region ölkələri onilliklər davam edən münaqişələrdən sonra bu gün davamlı sülhün bərqərar edilməsi və firavan Cənubi Qafqazın qurulması üçün tarixi fürsətlə üz-üzədir. Azərbaycan–Ermənistan sülh prosesinin uğurla başa çatdırılmasını güclü şəkildə dəstəkləyirik. Azərbaycan ilə Ermənistan arasında atılan son addımların etimadın möhkəmləndirilməsinə töhfə verdiyini görürük”.SUMTV






