Fevral ayında NATO müdafiə nazirlərinin toplantısı keçiriləcək.
İnterpress.az xəbər verir ki, bu barədə Alyansın Baş katibi Yens Stoltenberq keçirdiyi brifinqdə deyib.
O bildirib ki, əsas mövzu Alyansın hərbi istehsalının artırılması olacaq. Baş katib iclasın dəqiq tarixini açıqlamayıb.
Y.Stoltenberq söyləyib ki, sursat istehsalının artırılması Ukraynaya dəstək üçün zəruridir: “Biz Ukraynanın ehtiyaclarını görürük. Ona görə də istehsalı artırmalıyıq”.