Gömrükçülər 6,7 milyon qutu qaçaqmal siqaret aşkarlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Federal Gömrük Xidməti məlumat yayıb.
Rusiya gömrükçüləri ümumi dəyəri 1 milyard rubldan (təxminən 17,3 milyon manat) çox olan 6,7 milyon qutu siqaret müsadirə ediblər.
Məlumata görə, qaçaqmalçılıq kanalı Belarusdan keçib.
Bildirilir ki, siqaretlər gömrük nəzarətindən keçirilmək üçün elektrik naqilləri adı altında ölkəyə gətirilib.
Faktla bağlı araşdırmanın aparıldığı qeyd olunur.
Xuraman Etibarlı
İnterpress.az






