Gürcüstanda yeddi nəfər rusiyalıları girov götürərək 300 min dollar (təxminən 510 000 manat) tələb edib.
İnterpress.az xəbər verir ki, bu barədə “Gürcüstan Daxili İşlər Nazirliyi” məlumat yayıb.
Gürcüstanda qeyri-adi və ağır cinayət hadisəsi baş verib. Yeddi nəfərdən ibarət cinayətkar qrup Rusiya vətəndaşlarını girov götürərək onlardan 300 min dollar (təxminən 510 000 manat) məbləğində pul tələb edib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, cinayətkarlar evə “qaz sızması” bəhanəsi ilə daxil olublar. Keçirilən əməliyyat nəticəsində Rusiya vətəndaşları azad edilib, cinayətdə şübhəli bilinən yeddi nəfərin hamısı saxlanılıb.
Xuraman Etibarlı
İnterpress.az






