Hakan Fidan: Əl-Culaninin mövqeyi Türkiyənin təhlükəsizlik ehtiyaclarına cavab verirbackend

Hakan Fidan: Əl-Culaninin mövqeyi Türkiyənin təhlükəsizlik ehtiyaclarına cavab verir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əl-Culaninin mövqeyi Türkiyənin təhlükəsizlik ehtiyaclarına cavab verir.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

“Suriya prezidenti əl-Culaninin Türkiyəyə səfəri zamanı kürd hərbi-siyasi təşkilatı PKK/YPG-yə qarşı atılması lazım olan addımlar müzakirə olunub.

Gördüm ki, o, bu məsələdə çox aydın mövqe bildirib. Bu aydınlıq Türkiyənin təhlükəsizlik ehtiyaclarını ödəyən səviyyədədir”, – nazir deyib.

O, Suriyanın milli birliyini təmin etmək üçün müxtəlif ölkələrdən gələn bütün PKK üzvlərini deportasiya etməli və ya məhv etməli olduğunu vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az