Hava limanında külli miqdarda qızıl-zinət əşyaları keçirməyə cəhd edən çinli saxlanıldı – FOTObackend

Hava limanında külli miqdarda qızıl-zinət əşyaları keçirməyə cəhd edən çinli saxlanıldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada külli miqdarda qızıl-zinət əşyaları keçirməyə cəhd edən çinli saxlanılıb. 

interpress.az xəbər verir ki, bu barədə Rusiya Federal Gömrük Xidməti məlumat yayıb.

Bildirilir ki, Şeremetyevo hava limanında 5 milyon rubl dəyərində qızıl-zinət əşyaları keçirməyə cəhd edən çinli saxlanılıb.

Onun ayaqqabı qutusunda daşıdığı 32 cüt sırğa, 15 üzük və 3 zəncir götürüblər. Ekspertizaya əsasən, məmulatlar brilyant, sapfir, zümrüd və digər daşların əlavələri ilə qızıldan hazırlanıb.

Həmin şəxsin dediyinə görə, o, gömrük qaydalarını bilmirmiş və ondan zinət əşyalarını Çinə təhvil verməsi tələb olunub.

Cinayət işi açılıb, onu 7 ilə qədər həbs və bir milyon rubla qədər cərimə gözləyir.

Xuraman Etibarlı

İnterpress.az