HƏMAS təşkilatın siyasi partiyaya çevriləcəyi ilə bağlı xəbərləri TƏKZİB ETDİbackend

HƏMAS təşkilatın siyasi partiyaya çevriləcəyi ilə bağlı xəbərləri TƏKZİB ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

HƏMAS təşkilatın siyasi partiyaya çevrilə biləcəyi ilə bağlı xəbərləri təkzib edib.

İnterpress.az xəbər verir ki, bunu HƏMAS Siyasi Bürosunun üzvü Bədran deyib. Onun sözlərinə görə, bu xəbərlər həqiqətə uyğun deyil və təşkilat rəhbərləri Qəzza zolağından çıxmaq təkliflərini nəzərdən keçirmirlər.

“Biz işğal altında yaşayan xalqıq və ona müqavimət göstərmək haqqımız var… Siyasi partiyalar yalnız müstəqil ölkələrdə fəaliyyət göstərir, işğal altında olan hərəkatların, təşkilatların vəzifəsi işğala müqavimət göstərməkdir”, – o bildirib.

Aprelin 14-də ərəb mediası HƏMAS-dakı mənbələrə istinadən qurumun siyasi partiyaya çevrilməyə hazır olduğunu bildirib.

Həmçinin qeyd olunub ki, onun bəzi liderləri təqib olunmayacaqlarına dair təminat müqabilində Qəzza zolağını tərk etməyə hazırdırlar.

Xuraman Etibarlı

İnterpress.az