Hərbi xidmətlə bağlı məlumatlar “mygov”a inteqrasiya olunubbackend

Hərbi xidmətlə bağlı məlumatlar “mygov”a inteqrasiya olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətəndaşların hərbi xidmətlə bağlı məlumatlara rəqəmsal çıxış imkanları genişləndirilib.

Bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) bildirilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə əməkdaşlığı çərçivəsində vətəndaşlar artıq hərbi məlumatlarını “mygov” platforması üzərindən rahat, sürətli və təhlükəsiz şəkildə əldə edə bilirlər.

Əvvəllər yalnız fiziki formada təqdim olunan bu məlumatlara çıxış tam rəqəmsallaşdırılıb. Vətəndaşlar artıq fiziki xidmət mərkəzlərinə getmədən həm “mygov” veb portalı, həm də mobil tətbiqi vasitəsilə öz hərbi məlumatları ilə tanış ola, sənədləri PDF formatında yükləyə və ya rəqəmsal şəkildə paylaşa bilərlər.

Yeni funksionallıq çərçivəsində təqdim olunan məlumatlar:

Hərbi qeydiyyat
Müddətli həqiqi hərbi xidmət məlumat
Müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət
Müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmə
Müddətli həqiqi hərbi xidmətə müvəqqəti çağırılmamağa dair məlumat
Həqiqi hərbi xidmət keçmək haqqında məlumat
Məlumatlardan istifadə qaydası aşağıdakı kimidir:

“mygov” platformasında “Məlumatlarım” bölməsinə daxil olunur.
“Hərbi məlumatlarım” seçilir.
Hərbi məlumat növü seçilir.
Məlumatlarla tanış olunur.
Sənəd istəyə uyğun olaraq PDF formatında yüklənə və ya rəqəmsal şəkildə paylaşa bilər.