Hikmət Hacıyev: “Gəncədə 35 dinc sakin xəsarət alıb, 5 nəfər həlak olub”backend

Hikmət Hacıyev: “Gəncədə 35 dinc sakin xəsarət alıb, 5 nəfər həlak olub”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində 35 dinc sakin xəsarət alıb, 5 nəfər həlak olub. Ölənlər arasında 2 uşaq da var.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”dəki hesabında yazıb.

“Hazırda təxirəsalınmaz işlər görülür. Erməni terroru və hərbi cinayətləri davam edir”, – deyə o qeyd edib.

 

İnterpress.az